●Bazar ertəsi ~ Cümə günləri
08:30 ~ 12:00, 13:00~ 16:30
●Koreya bayramı
■1 mart: Müstəqillik Hərəkatı günü
■15 avqust: Qurtuluş günü
■3 oktyabr: Milli təsis günü
■9 oktyabr: Koreya əlifbası (Hangil) günü
●Azərbaycan bayramı
■Bütün Azərbaycan bayramları
●İSR Plaza 14-cü mərtəbə, Nizami küçəsi 69, Bakı şəhəri, AZ 1005, Azərbaycan
●Tel : (+994-12) 498-3950~3
●Email : azeremb@mofa.go.kr
●1 aprel tarixindən etibarən turist (C-3-9) vizasına müraciət edən şəxslər üçün müəyyən viza sənədlərinin sadələşdirilməsi prosesi barədə məlumat: zəmanət məktubunun (zəmanət verən şəxsin iş yerindən arayışı və şəxsiyyət vəsiqəsi daxil olmaqla) təqdim edilməsi artıq tələb olunmur.
● Qısa səfər məqsədilə vizanın (C-3 növü) rəsmiləşdirilməsi zamanı birdəfəlik giriş ilə təmin olunur. İkidəfəlik giriş vizası ilə təmin olunması üçün vizaya müraciət edərkən əvvəlcədən qeyd etməyiniz tövsiyyə olunur.
●Viza müraciəti üçün görüş təyin etmək məqsədilə minimum 3 (üç) iş günü əvvəl azeremb@mofa.go.kr elektron poçt ünvanına müraciət edərək görüş vaxtı təyin etməyiniz xahiş olunur (müraciətdə tam ad, doğum tarixi, Koreya Respublikasına giriş məqsədi, planlaşdırılan giriş tarixi, müraciət üçün arzu olunan tarix və saat qeyd edilməlidir).
●Vizanın rəmiləşdirilməsi üçün zəruri hesab edildiyi təqdirdə Səfirlik tərəfindən əlavə sənədlər tələb edilə bilər.
※ Səfirlik aşağıdakı ABŞ dolları əskinaslarını banka təqdim edə bilmədiyinə görə, həmin əskinaslar qəbul olunmayacağını nəzərinizə çatdırır:
Zədələnmiş əskinaslar;
Işarələr və ya ləkələr olan əskinaslar;
Qeyri-rəsmi möhürləri olan əskinaslar.
Bu təlimatlara riayət etməkdə anlayışınızı və əməkdaşlığınızı yüksək qiymətləndiririk.
●Koreya Respublikası ərazisinə daxil olacaq Azərbaycan Respublikası vətəndaşlarından viza tələb olunur.
●Azərbaycan Respublikası və Koreya Respublikası arasındakı vizadan azad olunma haqda (21 Noyabr 2008-ci il tarixli) qarşılıqlı anlaşmaya əsasən diplomatik və rəsmi/xidməti pasport daşıyıcılarına Koreya Respublikası ərazisində 30 günlük vizasız yaşamaq hüququ verilmişdir.
●Vizaya müraciət edən şəxslərdən pasport, fotoşəkil (1 ədəd), viza müraciət ərizəsi və digər lazım olan sənədlərin (vizanın alınma məqsədindən asılı olaraq dəyişir) səfirliyə təqdim edilməsi tələb olunur.
※Səfirlik turistik şirkətlərinin nümayədələri tərəfindən email vasitəsilə təyin olunan görüşləri qəbul etmir.
●Viza rüsumu aşağıdakı kimi tətbiq olunur (yalnız ABŞ dolları ilə nəğd şəkildə ):
○90 günlük Single Entry Visa: 50 $
○90 gündən artıq birdəfəlik giriş vizası: 80 $
○ikidəfəlik giriş vizası: 120 $
○çoxdəfəlik giriş vizası: 150 $
●Vizaya müraciət şəxsən edilməlidir.
●Vizanın verilməsi üçün tələb olunan vaxt: Vizalar Azərbaycan vətəndaşları üçün 5 gün (uzunmüddətli viza üçün), 2~3 gün (qısamüddətli viza üçün) ərzində hazırlanır (Müraciətlərin qəbul tarixi və qeyri-iş günləri daxil DEYİL).
●Viza müraciət ərizəsi səfirliyin əsas səhifasinin əsas ekranın aşağı hissəsindəki Viza müraciət ərizəsi nişanı vasitəsilə endirilə bilər.
●Bütün viza müraciətləri üçün 3.5x4.5 sm ölçüdə rəngli fotoşəkil tələb olunur. Şəkil son 6 ayda çəkilmiş və ağ fonda olmalıdır. Çap edilmiş və ya tələblərə uyğun gəlməyən fotoşəkillər qəbul olunmayacaqdır.
●Sənədlər İngilis və ya Koreya dilində yazılmadığı təqdirdə, İngilis və ya Koreya dillərinə tərcümə və notarial qaydada təsdiq olunaraq səfirliyə təqdim olunur.
●Uzunmüddətli vizaya (90 gündən çox) müraciət etmək istəyən Azərbaycan vətəndaşı vərəm testi haqqında arayışı Koreya Respublikası Səfirliyi tərəfindən təyin olunmuş xəstəxanalarda rəsmiləşdirməlidir. Daha ətraflı məlumat elanda qeyd edildiyi kimidir: https://overseas.mofa.go.kr/az-en/brd/m_8242/view.do?seq=761412&page=1
●Üçüncü dövlət (Koreya və Azərbaycandan başqa) tərəfindən rəsmiləşdirilmiş sənədlər apostillə təqdim edilməli və ya müvafiq səfirlik tərəfindən təsdiq edilməlidir. (Skan edilmiş sənədlər qəbul edilmir.)
●Viza ərizəçiləri səfərlərinin məqsədini dəqiq əks etdirərək viza üçün müraciət etməlidirlər. Səfərin məqsədi rəsmiləşdirilən viza ilə uyğun gəlmədiyi təqdirdə, ölkəyə giriş qadağan edilə bilər. Koreyaya turist vizası ilə daxil olarsa və qazanc gətirən fəaliyyətlə məşğul olarsa, onlara gələcək Koreya səfərləri üçün viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirildiyi təqdirdə, ölkəyə girişdən imtina edilə bilər.
●Qısamüddətli işgüzar/ziyarətçi vizası
●Pasport (etibarlılıq müddətinin bitməsinə minimum 6 ay qalmış)
●Viza müraciət ərizəsi
●Fotoşəkil (1 ədəd)
●Notarial qaydada təsdiq olunmuş şirkət və ya şəxs tərəfindən dəvətnamə (sənədin əsli tələb olunur)
●Notarial qaydada təsdiq olunmuş zəmanət məktubu (sənədin əsli tələb olunur)
●Dəvət edən şirkətin biznes registrasiyasının sürəti
●Dəvət edən şəxs/şirkət və dəvətli arasında münasibətləri təsdiq edən sənədlər (İş yerinə dair arayış və ya doğum haqqında şəhadətnamə, müqavilə, əməliyyatın icrası üzrə sənəd)
●Müraciət edən şəxsin iş yerindən arayışı (elektron portaldan (e-gov.az) çap olunmalıdır) (notarial qaydada təsdiq olunmuş tərcüməsi ilə)
●Gediş-gəliş aviabileti və ya gediş-gəliş uçuşunun rezervasiyası (müxtəlif sənədlər tələb oluna bilər)
●Otel rezervasiyasının təsdiq məktubu
●Vizanın rəsmiləşdirilməsi üçün zəruri hesab edildiyi təqdirdə Səfirlik tərəfindən əlavə sənədlər tələb edilə bilər.
●Rüsum
●Pasport (etibarlılıq müddətinin biməsinə minimum 6 ay qalmış)
●Viza müraciət ərizəsi, bir fotoşəkil, rüsum
●İngilis dilində səyahət planı (müvafiq format yoxdur, lakin ətraflı plan tərtib edilməlidir)
●Gediş-gəliş aviabileti və ya gediş-gəliş uçuşunun rezervasiyası (müxtəlif sənədlər tələb oluna bilər)
●Otel rezervasiyasının təsdiq məktubu
●Müraciət edən şəxsin iş yerindən arayışı (elektron portaldan (e-gov.az) çap olunmalıdır) (notarial qaydada təsdiq olunmuş tərcüməsi ilə)
●Bank hesabından çıxarış (minimum məbləğ 3000 $, çıxarış son 6 ay üzrə)
*Koreyada yaşayan dostlarınız/ailə üzvlərinizlə Koreyaya səyahət etməyi planlaşdırırsınızsa, Koreyada yaşayan dostlarınız/ailə üzvlərinizdən dəvət və zəmanət məktubu təqdim edərək C-3-1 vizasına müraciət etməyiniz tövsiyyə olunur.
●Vizanın rəmiləşdirilməsi üçün zəruri hesab edildiyi təqdirdə Səfirlik tərəfindən əlavə sənədlər tələb edilə bilər.
●Pasport (etibarlılıq müddətinin bitməsinə minimum 6 ay qalmış)
●Viza müraciət ərizəsi, bir fotoşəkil, rüsum
●Notarial qaydada təsdiq olunmuş İşgüzar dəvətnamə (xüsusi olaraq dəvətin məqsədi göstərilməsi (tədbir x, tədbirin rəsmi və tam adı O) və həmin sənədin əsli tələb olunur). İşgüzar dəvətnamənin nümunəsi linkdəki kimidir https://overseas.mofa.go.kr/az-ko/brd/m_8256/view.do?seq=1&page=2
●Notarial qaydada təsdiq olunmuş zəmanət məktubu. Zəmanət məktubunun nümunəsi linkdəki kimidir https://overseas.mofa.go.kr/az-ko/brd/m_8256/view.do?seq=1&page=2
●Dəvət edən şirkət və ya qurumun biznes registrasiyasının sürəti
●Müraciət edən şəxsin iş yerindən arayışı (elektron portaldan (e-gov.az) çap olunmalıdır) (notarial qaydada təsdiq olunmuş tərcüməsi ilə)
●gediş-gəliş aviabileti və ya gediş- gəliş uçuşunun rezervasiyası (müxtəlif sənədlər tələb oluna bilər)
●Otel rezervasiyasının təsdiq məktubu
●Vizanın rəmiləşdirilməsi üçün zəruri hesab edildiyi təqdirdə Səfirlik tərəfindən əlavə sənədlər tələb edilə bilər.
●Pasport (etibarlılıq müddətinin bitməsinə minimum 6 ay qalmış)
●Viza müraciət ərizəsi, bir fotoşəkil, rüsum
●Universitetə qəbul sənədi və qurumun biznes registrasiyasının sürəti
●Yekun təhsil haqqında dövlət sənədi (apostil edilmiş və notarial qaydada təsdiq edilmiş tərcüməsi ilə)
●Hesab haqqında bankdan çıxarış sənədi (bir illik təhsil haqqı və bir il üçün yaşayış xərcləri göstərməklə)
● Vərəm testinin sertifikatı (ətraflı məlumat üçün xəbərdarlıq bölməsinə baxmağınız tövsiyyə olunur https://overseas.mofa.go.kr/az-en/brd/m_8242/view.do?seq=761412&page=1 )
●Təlim planı program üzrə (mühazirə cədvəli, mühazirəçilərin məlumatları, təlim üzrə müəssisə və s.) (D-4-1 vizasına müraciət edənlər üçün (Koreya dili üzrə kursant)
●Yüksək səviyyəli sertifikatlaşdırılmış və ya sertifikatlaşdırılmış universitetlərə (seçilmiş) qəbul olunan viza ərizəçilər tərəfindən yekun təhsil haqqında dövlət sənədini təqdim etmək tələb olunmur. Yüksək səviyyəli sertifikatlaşdırılmış və ya sertifikatlaşdırılmış universitetlərə dair siyahı "Study in Korea" veb-səhifəsində qeyd olunub https://www.studyinkorea.go.kr/ko/study/certified_intro.do
●Vizanın rəmiləşdirilməsi üçün zəruri hesab edildiyi təqdirdə Səfirlik tərəfindən əlavə sənədlər tələb edilə bilər.
●Pasport
●Ərizə-anket
●Foto şəkil (1 ədəd, 3.5x4.5)
●Viza rüsumu $50
●Xəstəxanadan rezervesiyaya haqqında sənəd
●Xəstəxananın biznes qeydiyyat nömrəsinin nüsxəsi
●Yazılı şəkildə həkim tərəfindən verilən nəticə (diaqnoz)
●İş yerindən arayış (elektron portaldan (e-gov.az) çap olunmalıdı)
●Bankdan hesab haqqında çıxarış. Xərclər ailə üzvü tərəfindən ödənildikdə:
●Ailə üzvün bank hesabından çıxarışı
●İş yerindən arayış (elektron portaldan (e-gov.az) çap olunmalıdı)
●Notarial qaydada təsdiqlənmiş sponsor məktubu
●Ailə üzvü olduğunu subut edən sənəd (doğum haqqında şəhadətnamə)
●Vərəm testi sertifikatı
●gediş-gəliş aviabileti və ya gediş- gəliş uçuşunun rezervasiyası (müxtəlif sənədlər tələb oluna bilər)
●Otel rezervasiyasının təsdiq məktubu
●Vizanın rəmiləşdirilməsi üçün zəruri hesab edildiyi təqdirdə Səfirlik tərəfindən əlavə sənədlər tələb edilə bilər.
●Koreya Səfirliyi tərəfindən təyin olunmuş xəstəxanalarda vərəm testi sertifikatı ala bilərsiniz. Ətraflı məlumat üçün Xəbərdarlıq bölməsinə baxın https://overseas.mofa.go.kr/az-en/brd/m_8242/view.do?seq=761412&page=1
●Koreya vizası haqqında ətraflı məlumat üçün www.visa.go.kr saytında tanış ola bilərsiz (rəsmi Koreya viza portalı).